Azərbaycan Belarusa kartofu 63 qəpiyə, Gürcüstana isə 51 qəpiyə satır

17:23 - 28.06.2024


28 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 2 milyon 518 min dollar dəyərində 30 min 525 ton kartof ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 kq kartofun orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 0,63 manata başa gəlib.

Hesabat dövründə Azərbaycan kartofu ən baha qiymətə Belarusa kiloqramını 63 qəpiyə, ən ucuz isə kiloqramını 51 qəpiyə Moldova və Gürcüstana satıb.