16:54 - 2.10.2026
2 oktyabr, Fineko/abc.az. Bakı Baş Gömrük İdarəsi ilə Sumqayıt Sənaye Parkının rezidenti, İsveçrə kapitallı "Sika" MMC arasındakı məhkəmə çəkişməsi şirkətin xeyrinə yekunlaşıb.
Gömrük orqanı şirkətin "Qırmızı körpü" keçid məntəqəsindən ölkəyə gətirdiyi malların invoys dəyərində 3 385 avroluq fərq aşkar edərək tərəflər arasında təhrif olunmuş məlumatın verilməsi iddiası ilə inzibati xəta haqqında protokol tərtib edib və məsələni məhkəməyə daşıyıb.
Lakin Sumqayıt Şəhər Məhkəməsi "Sika" MMC barəsində açılmış iş üzrə icraata xitam verib. Gömrük İdarəsinin cərimə tətbiq edilməsi tələbi ilə verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq şikayəti təmin etməyib.
Qeyd edək ki, türkiyəli iş adamı Renan Reha Çarıkçının rəhbərlik etdiyi və 6 milyon manatdan çox nizamnamə kapitalı olan "Sika" MMC 2016-cı ildən Sumqayıt Sənaye Parkının rezidentidir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026