Azərbaycan və Mərkəzi Asiya regional brend formalaşdırır

11:57 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmağı və "Made in Central Asia" brendi altında birgə istehsal təşkil etməyi hədəfləyir.

Nazir xatırladıb ki, Azərbaycan 2025-ci ilin noyabrında Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatına regiondan kənar ilk tamhüquqlu üzv kimi qoşularaq siyasi əlaqələrini dərinləşdirib. Bir neçə gün əvvəl isə ticarət və investisiya nazirlərinin ilk görüşü keçirilib.

Qazaxıstan, Özbəkistan və Qırğızıstanla qurulan birgə investisiya fondlarında Azərbaycanın payı azı 50 % təşkil edir və bu addımlar Türkiyə, Avropa və Asiyanı birləşdirən vahid iqtisadi platformanın formalaşdırılmasına xidmət edir.