16:04 - 3.06.2024
3 iyun, Fineko/abc.az. Tatarıstanın “Ximqrad” Texnopolisinin iştirakı ilə Azərbaycanda yaradılan yeni sənaye parkının ərazisində gələn il ərzində 5 rezident fəaliyyətə başlayacaq.
Bunu “Ximqrad” Texnopolisinin baş direktoru Ayrat Qizatullin deyib.
“Bir ilə yaxındır ki, Azərbaycan ilə Rusiya şirkətlərinin yerləşdirilməsi üçün Azərbaycan ərazisində birgə sənaye parkının yaradılması üzərində işləyirik. Təbii ki, orda birinci mərhələdə Tatarıstan şirkətləri olacaq. Nəticədə artıq mövcud olan Sumqayıt Kimya Sənaye Parkının ərazisində birgə parkın yaradılmasına razılıq verdik”, – o vurğulayıb.
18 Avqust 2026