16:56 - 14.05.2024
14 may, Fineko/abc.az. Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) saç boyalarının istehsalına başlanılıb.
ABC.AZ xəbər verir ki, YTP-nin rezidenti, Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olan “Azcosmetics Group” MMC-nin direktoru Ulduzə Xanlarova bildirib ki, hazırda məhsullar “Miss sea” adı altında test rejimində istehsal edilir.
Yaxın iki ay ərzində “Lady star” adı altında da məhsul istehsalına başlanılması nəzərdə tutulur.
Boyaların əsas xammalı İtaliyadan idxal edilir, məhsulun qablaşdırılması üçün tələb olunan xammal isə yerli istehsaldır. Hələlik məhsullar tam olaraq qablaşdırılmadığından bazara çıxarılmayıb.
Saç boyalarının MDB dövlətləri, Hindistan və ərəb ölkələrinə də ixrac ediləcəyi gözlənilir. Məhsulun qablaşdırılması prosesi həyata keçirildikdən sonra ixrac ölkələrinə nümunələr göndəriləcək.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026