17:21 - 13.05.2024
13 may, Fineko/abc.az. Bu il ərzində Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə daxil edilib.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.
O bildirib ki, bu şirkətlər 3 aydan 3 ilə qədər dövlət satınalmalarında iştirak edə bilməyəcək:
“İstəyirəm ki, “qara siyahı”ya düşən şirkətlər bunu onlara qarşı hədə-qorxu kimi qəbul etməsin. Əksinə onlar satınalmalarda iştirak edə bilməyəcəkləri müddəti əskikliklərini aradan qaldırmaq, fəaliyyətlərindəki qüsurları aşkarlayaraq düzəltmək üçün fürsət kimi qəbul etsinlər”.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026