Çexiya kömürlə işləyən elektrik stansiyalarını atom elektrik stansiyaları ilə əvəz etməyi planlaşdırır

11:26 - 13.05.2024


13 may, Fineko/abc.az. Çexiya kömürlə işləyən elektrik stansiyalarının əvəzinə kiçik və orta modullu nüvə reaktorlarının tikintisini planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Sənaye Nazirliyinin rəhbəri Josef Sikela bildirib.

"Bu texnologiya yenilənmiş Dövlət Enerji konsepsiyasının bir hissəsi olacaq və respublikanın ərazi inkişafında da nəzərə alınacaq. Bu cür texnologiyaların hazırlanması həm də yerli sənayenin tərəqqisi üçün yeni imkanlardır", — Sikela qeyd edib.

Nazirin sözlərinə görə, hökumət çərşənbə günü belə reaktorların tikintisinin inkişafı planını təsdiqləyib.

"Məqsədimiz ondan ibarətdir ki, 2030-2040-cı illər ərzində kiçik və orta ölçülü modul reaktorlar bizim "klassik" atom elektrik stansiyalarımızda mövcud olan və yenidən yaradılan böyük reaktorlara əlavə olsun.