11:54 - 10.05.2024
10 may, Fineko/abc.az. Qazaxıstan, Azərbaycan və Özbəkistan enerji sistemlərinin inteqrasiyası və Avropa İttifaqı ölkələrinə yaşıl enerjinin satışı üçün Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev brifinqdə bildirib.
"Avropa İttifaqı ölkələri ilə ilkin iş aparılıb və onlar təmiz elektrik enerjisinin alınmasında maraqlı olduqlarını bildiriblər. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi haqqında saziş imzalayıblar ki, bu da bizə Premium bazarlara təmiz bərpa olunan enerji tədarük etməyə imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyalardan gedir", - Satkaliyev deyib.
Onun sözlərinə görə, Xəzəryanı zonanın və Aral zonasının külək stansiyasından elektrik enerjisinin ixracı üçün istifadə edilməsi planlaşdırılır.
"İndi biz layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlamışıq, ona uyğun olaraq tikinti vaxtı müəyyən ediləcək. TİƏ ilin sonuna qədər ilkin nəticələr əldə etməyi planlaşdırır" ,— deyə o bildirib.
21 Avqust 2026
19 Avqust 2026