Avropa Komissiyası Aİ ölkələrinə bu ölkədən neft və qaz idxalını qadağan etməyə çağırıb

15:19 - 8.05.2024


8 may, Fineko/abc.az. Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə Belarusdan neft və qaz idxalını qadağan etməyi təklif edib. Bundan əlavə, maşınqayırma və texnologiya məhsullarının respublikaya tədarükünün məhdudlaşdırılması müzakirə olunur.

ABC.AZ xəbər verir ki, Avropa rəsmiləri Rusiya və Belarus iqtisadiyyatlarının olduqca inteqrasiya olunduğuna inanırlar. Bununla bağlı Aİ növbəti dəfə iki ölkəyə qarşı sanksiya rejimlərinin bərabərləşdirilməsini razılaşdırmağa çalışmaq niyyətindədir ki, bu da Minskə güclü təzyiq göstərəcək.