15:41 - 2.05.2024
2 may, Fineko/abc.az. Qazaxıstan Senatı Rusiya neftinin Qazaxıstan vasitəsilə Çinə tranzitinə dair protokolu ratifikasiya edib.
ABC.AZ xəbər verir ki, dəyişikliklər 24 dekabr 2013-cü il tarixli Hökumətlərarası sazişdə edilib.
Qanunun məqsədi 16 iyun 2023-cü ildə Sankt-Peterburq şəhərində imzalanmış Protokolun ratifikasiyasıdır ki, bunun çərçivəsində neft tranzitinin və tariflərin aktuallaşdırılması ilə bağlı sazişə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Eyni zamanda, Qazaxıstan tərəfi müqavilədə göstərilən marşrutlar üzrə neft nəqli xidmətlərinə sıfır dərəcə ilə əlavə dəyər vergisi tətbiq edəcəkdir. Senatın iqtisadi siyasət, innovativ inkişaf və sahibkarlıq komitəsinin rəyində deyilir ki, protokol ilə müqavilənin müddətini on il, 1 yanvar 2034-cü il tarixinədək uzadılıb.