11:57 - 1.05.2024
1 may, Fineko/abc.az. Macarıstanın “MOL” neft-qaz şirkəti ölkənin mərkəzi hissəsində yeni yataq aşkarlayıb.
ABC.AZ xəbər verir ki, məlumata görə, ondan gündə təxminən min barel neft çıxarmaq olar.
“MOL Macarıstanın O&GD Central Kft. şirkəti ilə birlikdə Tura kəndi yaxınlığında, Mərkəzi Macarıstanda uğurlu qazma işləri aparmışdır. Yeni yataq hazırda gündə təxminən min barel neft istehsal edir, OGD və MOL yatağa 51%-49% nisbətində sahibdir. “MOL” üçün bu, gündə təxminən 500 barel deməkdir ki, bu da “MOL” qrupunun orta gündəlik neft hasilatının təxminən 1%-ni 2023-cü ildə təşkil edir”, — deyə məlumatda qeyd eilir.
18 Avqust 2026