“Azərişıq” ASC-nin xalis mənfəəti kəskin azalıb

10:03 - 1.05.2024


1 may, Fineko/abc.az. “Azərişıq” ASC 2023-cü ili 14 milyon 728 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, şirkət 2022-ci ili 56 milyon 257 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, “Azərişıq” şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3,8 dəfə azalıb.

Şirkətin maliyyə hesabatlarına istinadən, "Azərişıq” ASC-nin satışdan gəlirləri 2022-ci ildə 1 milyard 540 milyon 473 min manat ikən, 2023-cü ildə 1 milyard 619 milyon 317 min manata yüksəlib (78 milyon 898 min manat və ya 5,1% artıb).

Ötən il “Azərişıq” ASC-nin gəlirlərinin artmasına baxmayaraq, bir çox xərclərinin artması xalis mənfəətin azalması ilə nəticələnib. (Marja)