Neft ucuzlaşır, Brent bir barel üçün $85,60 təşkil edir

09:29 - 1.05.2024


1 may, Fineko/abc.az.  Neftin etalon markalarının qiyməti çərşənbə günü ticarətdə düşməyə davam edir.

Londonun ICE Futures birjasında  Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:24-ə qədər $0,73 (0,85%) azalaraq bir barel üçün $85,60-a düşüb. 30 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,87 (1,01%) ucuzlaşaraq bir barel üçün $86,33-a düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:24-ə qədər $0,78 (0,95%), bir barel üçün $81,15-a düşdü. 30 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,70 (0,85%) azalaraq bir barel üçün $81,93-a düşdü.