Türkiyə ABŞ-dan LNG almağı planlaşdırır

12:16 - 30.04.2024


30 aprel, Fineko/abc.az. Türkiyə Rusiya qazından asılılığını azaltmaq üçün çalışır. Ölkə Amerikanın enerji şirkəti ExxonMobil ilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün çoxillik müqavilə bağlamaq üçün danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, Ankara ildə 2,5 milyon tona qədər LNG əldə etməyi düşünür ki, bu da təxminən 1,1 milyard dollara başa gəlir.

Müzakirə olunan LNG həcmi Türkiyənin ümumi illik qaz istehlakının təxminən 7%-ni əhatə edə bilər. Məlumata görə, müqavilə 10 ilə qədər hesablana bilər ki, bu da tədarükün uzunmüddətli sabitliyini və etibarlılığını təmin edəcək.