11:19 - 30.04.2024
30 aprel, Fineko/abc.az. ABŞ Türkiyədə yerləşən şirkəti və onunla əlaqəli Marşal adaları bayrağı altında üzən neft tankerini Rusiya üzrə sanksiya siyahısından çıxarıb.
ABC.AZ xəbər verir ki, bu məlumatlar ABŞ Maliyyə Nazirliyinin saytında verilmişdir.
Məlumatlardan göründüyü kimi, Türkiyənin Ice Pearl Navigation Corp şirkəti və ona məxsus Yasa Golden Bosphorus tankeri sanksiya siyahısından çıxarılıb. Onlar 2023-cü ilin oktyabrında Rusiya neftinin satışı ilə bağlı G7 və Avstraliya tərəfindən müəyyən edilmiş məhdudiyyətləri pozduqları üçün siyahıya salınmışdılar.
Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasına və Amerika vətəndaşlarına və şirkətlərinə onların fiqurantları ilə iş aparmağı qadağan edir.
18 Avqust 2026