Neft ucuzlaşır, Brent bir barel üçün $86,90 təşkil edir

09:50 - 30.04.2024


30 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bazar ertəsi hərracların nəticələrinə görə düşdükdən sonra çərşənbə axşamı hərracda azalır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:39-a qədər $0,30 (0,34%) azalaraq bir barel üçün $86,90-a düşüb. Aprelin 29-da Brent markalı neftin iyul fyuçersləri $1,01 (1,14%) azalaraq bir barel üçün $87,20-a enib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:39-a qədər $0,30 (0,36%) azalaraq bir barel üçün $82,33-a düşüb. 29 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $1,22 (1,45%), bir barel üçün $82,63-a düşdü.