Qırğızıstan Azərbaycandan təkcə neft məhsulları deyil, həm də bu əmtəəni idxal etmək istəyir

15:52 - 29.04.2024


29 aprel, Fineko/abc.az. Azərbaycan Qırğızıstana neft məhsullarının tədarükünə hazır olduğunu bildirib. Bişkek öz növbəsində Bakıdan elektrik enerjisi də idxal etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının energetika naziri Taalaybek İbrayev məlumat verib.

Onun sözlərinə görə, dövlət səfəri çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (SOCAR) rəhbərliyi ilə danışıqlar aparılıb və tərəflər Azərbaycandan neft məhsullarının Qırğızıstana tədarükünün mümkünlüyünü müzakirə ediblər.

“Azərbaycan neft məhsullarının ən böyük ixracatçılarından biridir. Tezliklə Qırğızıstanda ildə tələbi 1 milyon tondan çox yanacaq təşkil edən "Cunda" Neft Emalı Zavodu da fəaliyyətə başlayacaq”, — məlumatda belə deyilir.