Neft ucuzlaşır, Brent bir barelə $87,51 təşkil edir

09:29 - 29.04.2024


29 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda artandan sonra bazar ertəsi hərracda aşağı düşür.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 09:20-də $0,70 (0,79%) azalaraq bir barel üçün $87,51-a düşüb. 26 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,44 (0,50%) artaraq bir barel üçün $88,21-a yüksəlib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti 09:20-də $0,69 (0,82%) azalaraq bir barel üçün $83,16-a düşüb. 26 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçersləri $0,28 (0,34%) artaraq bir barel üçün $83,85-a yüksəlib.

Ötən həftə Brent markalı neft 2,53%, WTI isə 1,98% bahalaşıb.