ABŞ-ın neft ehtiyatları 6,4 milyon barel azalıb

12:13 - 25.04.2024


25 aprel, Fineko/abc.az. Аprelin 19-da başa çatan həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları 6,4 milyon barel və ya 1,4% azalaraq 453,6 milyon barelə düşüb.

ABC.AZ xəbər verir ki, ABŞ-ın strateji neft ehtiyatı aprelin 19-da başa çatan həftə ərzində 0,793 milyon barel artaraq 365,677 milyona çatıb.

ABŞ-ın strateji neft ehtiyatı 2021-ci ilin sentyabr ayından keçən ilin əvvəlinə qədər davamlı olaraq azalıb. 2023-cü ilin yanvar-mart ayları arasında göstərici dəyişməyib və sonra yenidən azalmağa başlayıb. Bundan sonra, iyul-dekabr aylarında dinamika dəyişkən olub və dekabr ayının ortalarından etibarən göstəricidə davamlı bir artım olub. Hazırda strateji ehtiyat 1983-cü ildən etubarən ən aşağı səviyyədədir.