Ankara Aİ-də Rusiya qazının əsas ötürücüsü olmağa hazırlaşır

10:26 - 25.04.2024


25 aprel, Fineko/abc.az. Ukrayna tranzit müqaviləsini yeniləməsə, Türkiyə Rusiyadan Avropaya yeganə qaz tədarükçüsü olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin TBNG rəhbəri Sinan Furat bildirib. O izah edib ki, hazırda Rusiya şəbəkə qazının 48%-i AB-yə Ukraynanın Qaz Nəqliyyat Sistemindən, qalan 52%-i isə Türkiyədən keçir. Buna görə də, Ukrayna borusu bağlanarsa, "Qazprom"un bütün enerji ehtiyatları Türkiyə Qaz Nəqliyyat Sistemi vasitəsilə Avropa Birliyinə daxil olacaq.

Onun sözlərinə görə, Trakyada qaz mərkəzi açılacağı təqdirdə Türkiyə Aİ-nin ən böyük mavi yanacaq tədarükçüsü olacaq. S.Furat, həmin qaz mərkəzinin bu il və ya gələn ilin əvvəlində işə başlayacağını gözləyir.

Lakin digər hesablamalara görə, bütün lazımi infrastrukturun qurulması üçün 3 ilə qədər müddət lazımdır. Bu müddət ərzində Rusiya Federasiyasından Türkiyəyə qaz nəqli infrastrukturunun genişləndirilməsi baş verə bilər.