Rusiyanın "Qazprom" korporasiyası Özbəkistanda öz nümayəndəliyini açacaq

15:31 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Rusiyanın qaz nəhəngi "Qazprom" Mərkəzi Asiyada iştirakını genişləndirmək və Özbəkistanda öz nümayəndəliyini açmaq imkanını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, məlumata görə, bu məsələ şirkətin Direktorlar Şurasının bu il mayın 6-na planlaşdırılan giyabi iclasına çıxarılacaq.

Hazırda Rusiya Dövlət Korporasiyasının Türkmənistanda və Qazaxıstanda öz nümayəndəlikləri var.