Çexiya XİN başçısı: Azərbaycanın nefti ölkəmizin tələbatının 25%-dən çoxunu ödəyib

14:20 - 24.04.2024


24 aprel, Fineko/abc.az. 2023-cü ildə Azərbaycandan neft tədarükü Çexiyanın bu növ xammala olan tələbatının 25%-dən çoxunu ödəyib. 

ABC.AZ xəbər verir ki, bu barədə Çexiya xarici işlər naziri Yan Lipavski Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Diplomatik idarələrin rəhbərləri razılaşıblar ki, Ukraynadakı münaqişə digər regionlarda, xüsusilə Cənubi Qafqaz regionunda təhlükəsizlik problemlərini arxa plana keçirməməlidir.

"Çexiya bu bölgənin sabit və firavan olmasında çox maraqlıdır. Biz həmişə Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını prinsipial hesab etmişik", - deyə Yan Lipavski qeyd edib.

Çexiya diplomatiyasının rəhbəri Aİ-nin vasitəçilik səylərinə və Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara dəstəyini ifadə edib və onların nəticələrini yüksək qiymətləndirib.