Azad edilmiş ərazilərdə nə qədər ət və süd istehsal edilib?

11:44 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda süd və ət istehsalının həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika  Komitəsinə istinadən xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonunda ümumilikdə 14 min 527 ton, Qarabağ iqtisadi rayonunda isə 84 min 454 ton süd istehsal olunub.

Ət istehsalı isə müvafiq olaraq 2 min 273 ton və 11 min 946 ton təşkilı edib.

İşğaldan azad edilmiş rayonlar üzrə ən çox ət istehsalı 1 192 ton göstərici ilə Ağdam rayonunun, ən az göstərici 16 tonla Zəngilan rayonunun payına düşüb. Süd istehsalı üzrə ən çox göstərici yenə Ağdam (10 859 ton), ən az göstərici Zəngilan (113 ton) qeydə alınıb.