Neft ucuzlaşır, Brent bir barel üçün $86,45 təşkil edir

09:40 - 22.04.2024


22 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftənin sonunda qalxdıqdan sonra bazar ertəsi hərracda aşağı düşür.

Brent markalı neftin iyun fyuçersləri London ICE Futures birjasında saat 09:37 üçün $0,84 (0,96%) azalaraq bir barel üçün $86,45-a düşüb. 18 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,18 (0,21%) artaraq bir barel üçün $87,29-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun ayı üçün fyuçerslərinin qiyməti saat 09:37 üçün $0,81 (0,99%), bir barel üçün $81,41-a düşdü. 18 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,12 (0,15%) artaraq bir barel üçün $82,22-a yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent nefti 3,5%, WTI nefti isə 2,9% ucuzlaşıb.