Neft bahalaşır, Brent bir barel üçün $90,73 təşkil edir

09:38 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti əvvəlki sessiyanın nəticələrinə görə azaldıqdan sonra çərşənbə axşamı hərracda yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti saat 09:34-ə qədər $0,63 (0,70%) artaraq bir barel üçün $90,73-a çatıb. 15 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,35 (0,39%), bir barel üçün $90,10-a qədər ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may ayı üçün fyuçersləri saat 09:34-ə qədər $0,65 (0,76%) artaraq bir barel üçün $86,06-a yüksəldi. 15 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,25 (0,29%) azalaraq bir barel üçün $85,41-a düşdü.