16:54 - 15.04.2024
15 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 730,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 12,1% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,14 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026