Bu şəhərdə yarımstansiya tikiləcək

15:23 - 9.04.2024


9 aprel, Fineko/abc.az. “Azərişıq” ASC Gəncə şəhərində “Mərkəz” yarımstansiyasının inşasına hazırlaşır.

ABC.AZ xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.

Məlumata görə, 110/35 kV-luq 2×40 MVA gücündə yarımstansiyasının tikintisi üçün təxminən 16 milyon manat vəsait ayrılıb.