09:26 - 8.04.2024
8 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi ticarətində düşür.
London ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 09:08-ə qədər $1,25 (1,37%) azalaraq bir barel üçün $89,92-a düşüb. 5 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,52 (0,57%) artaraq bir barel üçün $91,17-a yüksəlib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti saat 09:08-ə qədər $1,16 (1,33%) azalaraq bir barel üçün $85,75-a düşüb. 5 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,31 (0,37%) artaraq bir barel üçün $86,91-a yüksəldi.
Ötən həftə Brent markalı neft 4,79%, WTI nefti isə 4,50% bahalaşıb.
18 Avqust 2026