Qazaxıstanın neft ehtiyatları 1 trilyon tona çatacaq

16:27 - 5.04.2024


5 aprel, Fineko/abc.az. Qazaxıstan neft ehtiyatları 1 trilyon tona çatacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnşaat Nazirliyinin Geologiya Komitəsinin sədri Yerlan Akbarov məlumat verib.

“Hazırda ölkədə 4 milyard 400 milyon ton neft ehtiyatı var. Bunlardan C1 kateqoriyalı neft ehtiyatları 2 milyard 900 milyon tondur. Bunlar mövcud yeraltı istifadəçilərin ehtiyatlarıdır”, — deyə Akbarob qeyd edir.

Y. Akbarovun sözlərinə görə, 2022-ci ildə yerli neft hasilatı sahəsində "Yevraziya" layihəsinə start verilib. Layihə çərçivəsində Xəzər dənizi hövzəsinin çöküntüsünün aşağı təbəqəsi tədqiq edilir. Dövlət bunun üçün pul ayırıb, böyük işlər görülür. Xəzər dənizinin səthindəki çöküntü süxurları 25 km yüksəkliyə çatır. Elmi proqnozlar ehtiyatların təxminən 1 trilyon tona çatacağını göstərib.