Hindistan ilk kommersiya strateji xam neft anbarını inşa edəcək

16:13 - 5.04.2024


5 aprel, Fineko/abc.az. Hindistan xam neftin ilk kommersiya strateji anbarını yaratmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə hökumətin “Indian Strategic Petroleum Reserves Ltd” (ISPRL) strateji neft ehtiyatlarının yaradılması və istismarı şirkəti məlumat verib.

İndiyə qədər Hindistan, ümumi gücü 36,7 milyon barel olan, ölkədə mövcud olan üç strateji neft anbarının yalnız qismən kommersiya istifadəsinə icazə vermişdi.

ISPRL şirkəti Karnataka ştatındakı Padurada 2,5 milyon ton yeraltı anbarın tikintisi üçün tender elan edib.