09:32 - 5.04.2024
5 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü ticarətdə artmağa davam edir.
Brent markalı neftin iyun fyuçerslərinin London İCE Futures birjasında saat 09: 30-a qədər $0,41 (0,45%) artaraq bir barel üçün $91,06-a yüksəlib. 4 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $1,30 (1,45%) artaraq bir barel üçün $90,65-a yüksəlib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti 09:30-a qədər $0,23 (0,27%) artaraq bir barel üçün $86,82-a çatıb. 4 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $1,16 (1,36%) artaraq bir barel üçün $86,59-a yüksəldi.
18 Avqust 2026