Neft bahalaşır, Brent bir barel üçün $89,61 təşkil edir

09:33 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı hərracda artmağa davam edir.

Brent markalı neftin iyun fyuçerslərinin London ICE Futures birjasında saat 09:30-a qədər $0,26 (0,29%) artaraq bir barel üçün $89,61-a çatıb. 3 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,43 (0,48%) artaraq bir barel üçün $89,35-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may ayı üçün fyuçerslərinin qiyməti saat 09:30-a qədər $0,25 (0,29%) artaraq bir barel üçün $85,68-a çatıb. 3 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,28 (0,33%) artaraq bir barel üçün $85,43-a yüksəldi.