11:52 - 28.03.2024
28 mart, Fineko/abc.az. “ADNOC” Çinin “CNPC” Korporasiyası ilə birlikdə idarə olunan Belbazem dəniz şelfində neft hasilatına başlayıb.
ABC.AZ xəbər verir ki, şirkət gündə 45 min barelə qədər əldə etməyi planlaşdırır.
BƏƏ-nin paytaxtı Əbu-Dabidən təxminən 120 km şimal-qərbdə yerləşən şelfdə üç yataq var.
"Belbazem şelfində xam neft hasilatının başlanğıcı ADNOC ilə Çin Milli Neft Korporasiyası arasındakı strateji tərəfdaşlığın uğurunu əks etdirir, eləcə də BƏƏ ilə Çin arasında möhkəm ikitərəfli münasibətlərdən xəbər verir", - deyə “ADNOC” kəşfiyyat, inkişaf və hasilat departamentinin baş direktoru Abdel Monheim Seyf əl-Kindi qeyd edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026