10:35 - 28.03.2024
28 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 877,74 milyon kubmetr təbii qaz ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) məlumat yayıb.
Qurumun hesabatında qeyd olunub ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,47 % azdır.
Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,46 %-i Azərbaycanın payına düşüb.
Ümumilikdə isə yanvarda Türkiyə ümumilikdə 6 milyard 519,70 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.
21 Avqust 2026
19 Avqust 2026