10:00 - 27.03.2024
27 mart, Fineko/abc.az. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
ABC.AZ xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə, yəni 134 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2379 nəfərin daimi məskunlaşması təmin edilib.