12:12 - 15.03.2024
15 mart, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılıb və mülkiyyət sənədləri verilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026