İran və Tacikistan 2030-cu ilədək ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

11:42 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. Düşənbədə İran və Tacikistan Birgə Ticarət Palatasının nümayəndəliyi fəaliyyətə başlayıb. Nümayəndəlik birbaşa işgüzar əlaqələrin qurulmasına, ixrac və idxalın inkişafına, eləcə də sahibkarların təşkilati çətinliklərinin aradan qaldırılmasına dəstək verəcək.

Yeni strukturun əsas vəzifələrindən biri 2030-cu ilədək iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.

Məlumatlara görə, 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 438 milyon dollar, 2026-cı ilin ilk doqquz ayında isə 418 milyon dollar təşkil edib. Bu məbləğin 343 milyon dolları İranın idxalının, 75 milyon dolları isə Tacikistanın ixracının payına düşüb.

Tərəflər ərzaq, tekstil və turizm sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar. Nümayəndəlik sahibkarlara İran, Tacikistan və Mərkəzi Asiyanın digər ölkələri arasında işgüzar əlaqələrin qurulmasına kömək edəcək.