XPeng IRON humanoid robotlarından mağazalarında istifadə etməyə başlayacaq

11:16 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. Çinin XPeng şirkəti 2027-ci ilin birinci rübündən etibarən IRON robotunu mağazalarında məsləhətçi kimi istifadə etməyi planlaşdırır. Bu barədə şirkətin rəhbəri He Syaopen Quançjouda keçirilən tədbirdə məlumat verib.

Robotun aparat hissəsinin seriyalı istehsalına 2027-ci ilin yanvarında başlanması, Çin bazarına çıxarılmasının isə həmin ilin ikinci rübündə həyata keçirilməsi planlaşdırılır. Bundan öncə istehsalın 2026-cı ilin sonunda başlanması nəzərdə tutulurdu.

2014-cü ildə təsis edilmiş XPeng şirkəti elektrik avtomobillərinin istehsalı ilə yanaşı, şaquli qalxma və enmə qabiliyyətinə malik uçuş aparatları və humanoid robotlar da hazırlayır. IRON robotu 2025-ci ilin noyabrında təqdim edildikdən sonra hərəkətlərinin təbii və rəvan olması ilə diqqət çəkib.