11:13 - 26.11.2026
26 noyabr, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch" "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) uzunmüddətli defolt reytinqini (IDR) "Sabit" proqnozla "BBB-" səviyyəsində təsdiqləyib.
Agentliyin məlumatına görə, SGC-nin reytinqi bütün borc öhdəliklərinin dövlət zəmanəti ilə təmin olunması səbəbindən Azərbaycan Respublikasının suveren reytinqi ("BBB-/Stabil") ilə eyniləşdirilib.
Şirkətin Müstəqil Kredit Profili (SCP) isə "bbb-" səviyyəsində qiymətləndirilib ki, bu da güclü pul vəsaitləri axını və uzunmüddətli qaz nəqli müqavilələri ilə dəstəklənir, lakin "Şahdəniz" yatağının təbii tükənməsi, qiymət dəyişkənliyi və əməliyyat mühiti riskləri ilə müəyyən qədər məhdudlaşır.
Qeyd edək ki, nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları olan SGC-nin səhmlərinin 51%-i SOCAR-a, 49%-i isə İqtisadiyyat Nazirliyinə məxsusdur.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026