11:03 - 13.03.2024
13 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 20 milyon 892 min manat təşkil edib.
ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 834 min manat və ya 27,3% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi olmayıb. Dövlət istiqrazları üzrə dövriyyə 14 milyon 989 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 3 milyon 396 min manat, səhm əməliyyatları üzrə dövriyyə 56,7 min manat, repo əməliyyatları üzrə dövriyyə 2 milyon 449 min manat təşkil edib.