14:56 - 11.03.2024
11 mart, Fineko/abc.az. Külli miqdarda rüşvət almaqda şübhəli bilinən Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, M.Mirişli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması və icra hakimiyyəti orqanı tərəfindən tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almaqda şübhəli bilinib.
İş üzrə toplanmış sübutlar əsasında M.Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026