Britaniyanın hüquq firması Azərbaycanın vergi arbitrajı xidmətini satın aldı

14:25 - 9.09.2026


9 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi borcu məsələsinin arbitraj qaydasında həlli perspektivinin qiymətləndirilməsi xidmətini xarici hüquq şirkətindən satın alır.

Satınalma üzrə 711 936 manat məbləğində müqavilə Quinn Emanuel Urquhart & Sullivan UK LLP ilə bağlanıb.

Şirkət Böyük Britaniyanın paytaxtı Londonda qeydiyyatdan keçib və Quinn Emanuel beynəlxalq hüquq firmasının London ofisidir.