“TotalEnergies” Cənubi Afrika şelfində neft və qaz kəşfiyyatı aparacaq

10:37 - 7.03.2024


7 mart, Fineko/abc.az. “TotalEnergies” enerji şirkəti Cənubi Afrikanın qərb sahillərində Atlantik okeanının şelfində iki blokda neft və qaz kəşfiyyatında iştirak payı əldə etmək üzrə ortağı “QatarEnergy” ilə saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, əməliyyat başa çatdıqdan sonra TotalEnergies 33B/3B blokunda iştirakın 4% - nə sahib olacaq və nəzarəti öz üzərinə götürəcək, QatarEnergy-nin layihədəki payı 24%-dir. Qalan paylar Afrika Oil SA (17%), Ricocure (19,75%) və Azinam (6,25%) lisenziyalarının mövcud sahiblərinə məxsus olacaq.

İşlər Cənubi Afrikanın qərb sahillərindən 200 km məsafədə, “Narıncı çökək” hövzəsi bölgəsində aparılacaq.