Ukraynada Rusiya qazının tranzitinin 2027-ci ilə qədər davam etməsi ehtimal edilir

15:05 - 6.03.2024


6 mart, Fineko/abc.az. Ukrayna tərəfi Rusiya qazının öz ərazisi üzərindən Avropaya nəqlinin təhlükəsizliyini təmin edəcək, lakin 2027-ci ilə yaxın Avropa ölkələri bundan imtina etməyi öhdələrinə götürüblər.

ABC.AZ xəbər verir ki, bu barədə "Ukraynanın qaz nəqliyyat sisteminin operatoru"nun baş direktoru Dmitri Lippa bildirib.

"Əgər tərəfdaşlarımız tədarük mənbələrini yenidən formatlamağa vaxt tapmasalar və gələn il də Rusiyaya müraciət etmək məcburiyyətində qalsalar, bu onların qərarı olacaq. Biz belə xidmət göstərəcəyik".

“Ukrayna ərazisindən verilən Rusiya qazının əsas istehlakçıları Avstriya və Slovakiyadır. 2027-ci il onlar üçün son tarixdir”,—  deyə Lipa açıqladı.