Bankdan satın alınan investisiya şirkəti yeni səhmlər buraxır

11:25 - 5.03.2024


5 mart, Fineko/abc.az. “Assist Finance İnvestisiya Şirkəti” ASC (əvvəlki BTB Kapital İ.Ş.) hər bir səhmi 350 manat olan 143 səhm emissiya edir.

ABC.AZ xəbər verir ki, bu barədə investisiya şirkətinin emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilib. 

Bu əməliyyat baş tutarsa, “Assist Finance İ.Ş.” səhm kapitalına əlavə 50 050 manat vəsait qoymuş olacaqdır.

Onun hazırda nizamnamə kapitalı 350 000 manat təşkil edir. Beləliklə, Bakı Fond Birjasının listinqi və hərrac uğurla tamamlanarsa onun nizamnamə kapitalının həcmi 400 050 manat olacaq.