10:19 - 4.03.2024
4 mart, Fineko/abc.az. İranın neft naziri Cavad Ouci bildirib ki, ölkə 2030-cu ilə qədər qaz hasilatını bugünkü 1,07 kubmetrdən gündə 1,3 milyard kubmetrə qədər artıracaq.
ABC.AZ xəbər verir ki, hazırda sanksiyalara məruz qalan İran neft və qaz sənayesinə investisiya cəlb etməkdə çətinlik çəkir ki, bu da hasilatın sürətlə artmasına imkan vermir.
Lakin Ouci elan edib ki, İran gələcəkdə dünya qaz bazarında aparıcı rol oynayacaq.
Bunun üçün, nazirin sözlərinə görə, təxminən 80 milyard dollar sərmayə qoyulacaq, lakin o, bu cür genişmiqyaslı investisiyaların mənbələrini açıqlamayıb.
Hazırda İran ildə 250 milyard kubmetrdən çox qaz istehlak edir və istehlak artır, buna görə də ölkə təkcə ixrac ambisiyalarının həyata keçirilməsində problemlərlə deyil, həm də daxili qaz çatışmazlığı ilə üzləşə bilər.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026