09:40 - 29.02.2024
29 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı hərracda aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:35-də $0,04 (0,05%) azalaraq bir barel üçün $82,11-a düşüb. 28 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $0,51 (0,62%) ucuzlaşaraq bir barelə $82,15 təşkil edib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:35-də $0,02 (0,03%) - bir barel üçün $78,52-a düşdü. 28 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,33 (0,42%) azalaraq bir barel üçün $78,54-a düşdü.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026