"CİB Kapital” nizamnamə kapitalını 312 min manat azaldır

14:18 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. “CİB Kapital” nizamnamə kapitalını 312 min manat azaldır. “CİB Kapital” MMC nizamnamə kapitalının azaldılması barədə elan edib.

Şirkətin nizamnamə kapitalı 500 min manatdan 188 min manata endiriləcək. Beləliklə, nizamnamə kapitalı 312 min manat azaldılacaq.

Xatırladaq ki, “CİB Kapital İnvestisiya Şirkəti” QSC formasından imtina edərək “CİB Kapital” MMC-yə (Məhdud Məsuliyyətli Cəmiyyət) çevrildiyini bəyan etmişdir.