17:30 - 19.02.2024
19 fevral, Fineko/abc.az. Əvvəllər kənd təsərrüfatı məhsullarının ixracında müəyyən çətinliklər vardı. Bu çətinliklərdən biri sertifikatlaşdırma ilə bağlı idi. Buna baxmayaraq, ötən il biz muxtar respublikadan məhsulların ixracına nail ola bilmişik. Artıq Qida Təhlükəsizliyi Agentliyi də muxtar respublikada fəaliyyətə başlayıb.
ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova söyləyib.
Nazir müavini deyib: “Yeni inşa olunacaq aqroparkda 1000 başlıq heyvandarlıq və 3000 başlıq quşçuluq təsərrüfatlarının yaradılması planlaşdırılır. Bununla yanaşı, ət və süd istehsalı üzrə emal müəssisələri də yaradılacaq. Meyvəçilik, tərəvəzçilik üzrə həm konservləşdirmə, həm də quru meyvələrin tədarükü nəzərdə tutulur”.
10 Avqust 2026
10 Avqust 2026