17:13 - 6.10.2026
6 Oktyabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Salman ölkənin Hörmüz boğazına alternativ olan "Petroline" ("Şərq-Qərb") neft kəmərinin operativ ötürmə qabiliyyətinin sutkada 5,8 milyon barelə çatdırıldığını bəyan edib.
Hörmüz boğazının gəmilərin hərəkəti üçün bağlanmasından sonra Qırmızı dəniz sahilindəki Yanbu limanına uzanan 1 200 kilometrlik bu xətt Səudiyyə neftinin ixracında strateji rol oynayır.
Qeyd edək ki, sentyabr ayında PUA hücumları səbəbindən fəaliyyəti 11 gün dayandırılan kəmərin tam gücü günlük 7 milyon barel təşkil edir. "Saudi Aramco" tərəfindən idarə olunan xətt ölkənin şərqindəki Abkayk bölgəsindən hasil edilən xam nefti dəniz keçidinə ehtiyac olmadan birbaşa Qırmızı dənizdəki terminala çatdırır.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026